/ / Paşinyan: “Gəlin, Qarabağı qaytaraq”

Paşinyan: “Gəlin, Qarabağı qaytaraq”

518 Baxış


Ermənistan Baş naziri Nikol Paşinyanın hələ deputat olarkən parlamentdə etdiyi çıxışın videoyazısı üzə çıxıb. Sözügedən videoda Paşinyan parlament tribunasından deputatlara səslənərək deyir: “gəlin, Azərbaycana məxsus torpaqları onların özlərinə qaytaraq. Mən bunu sizə rəsmi olaraq elan edirəm: bu, onların torpaqlarıdır”.

Qeyd edək ki, Paşinyan bu çıxışından iki il sonra hakimiyyətə gəlib. Əslində, onun qəzet redaktoru olarkən də mövqeyi bu cür olub və yalançı erməni tarixi haqda həddən artıq ağır ifadələr işlədib.

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqladı

Noyabrın 4-ü gün ərzində və 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət eliyir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz