/ / Gəncədə növbəti erməni terroru yaşandı, raket hücumu oldu

Gəncədə növbəti erməni terroru yaşandı, raket hücumu oldu

675 Baxış



Bu dəhşətli mənzərə qeyri-insani davranışın, erməni mənəviyyatsızlığının, ermənilərin vandalizm idealogiyasının, düşmənin xəstə təfəkkürünün, ən əsası çarəsizliyinin bariz nümunəsidir. 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri yenidən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutdu. Verilən açıqlamaya görə erməni terroru nəticəsində artıq 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Gecə saatlarından etibarən hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Dinc əhaliyə və mülki infrastruktura dəyən ziyan dəqiqləşdirilir. Bu gün səhər saatlarında isə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və baş prokuror Kamran Əliyev Gəncə şəhərinə gəliblər.
Erməni xislətinin illərdir dəyişmədiyi düşmən ölkənin mənfur niyyətləri nəticəsində ortaya çıxan bu dəhşətli mənzərələrdən açıq-aydın hiss olunur. Döyüş meydanındakı məğlubiyyət və çıxılmaz durum erməni cəmiyyətində və siyasi-hərbi dairələrində o qədər çaşqınlıq yaradıb ki, başını itirən Ermənistan dinc əhaliyə zərər vurmaqla özünə təsəlli tapır.
Beynəlxalq konvensiyaları pozan, insanlıqdan nəsibini almamış və ən əsası region və dünya üçün təhlükə saçan Ermənistan Respublikasına döyüş meydanında lazımi cavab verilib və bundan sonra da müzəffər ordumuz tərəfindən veriləcəkdir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz