/ / Humanitar atəşkəsə məhəl qoymayan ermənistan növbəti dəfə sivil əhalini hədəf alıb

Humanitar atəşkəsə məhəl qoymayan ermənistan növbəti dəfə sivil əhalini hədəf alıb

547 Baxış



Ermənistan ordusu Gəncəni yenidən raket atəşinə tutub. Oktyabrın 11 gecə saat 2.00 radələrində düşmən ordusu tərəfindən atılan uzaq mənzilli raket Gəncədə yaşayış binasına düşüb. Güclü partlayış yaşayış binası və ətrafdakı tikililər tamamən dağıdıb. Nəticədə çoxsayda mülki şəxs həlak olub və onlarla insan yaralanıb. Qeyd edək ki, oktyabrın 9 Moskvada Azərbaycan Respublikasının və ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşdə, döyüş meydanından meyitləlrin və yaralıların çıxarılması üçün oktyabrın 10 saat 12:00- dan etibarən humanitar atəşkəs əldə olunsada erməni tərəfi öz hərbi təxribatlarını dayandırmır və dinc əhalini atəşə tutmaqda davam edir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz