/ / Gürcülər bu mahnı ilə Azərbaycana dəstək oldular

Gürcülər bu mahnı ilə Azərbaycana dəstək oldular

486 Baxış



Gürcülər bu mahnı ilə Azərbaycana dəstək oldular
Gürcü musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər. 6 ifaçı bir araya gələrək məşhur “Ayrılıq” mahnısını ifa ediblər. Onlar bununla da, son dövrlər Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrdə ölkəmizə həmrəyliklərini bildiriblər. Videonun girişində Azərbaycanın uğurlarına sevindikləri də qeyd olunub: “Bu ölkə hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur. Sevgili Azərbaycan, bu mahnı bizdən, gürcü bacı-qardaşlarınız adından sizin üçün səslənir”.

Ordumuz irəliləməyə davam edir
Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz