/ / Gəncəli bəstəkardan Azərbaycan əsgərinə dəstək.

Gəncəli bəstəkardan Azərbaycan əsgərinə dəstək.

456 Baxış


Şəhid balam, igid balam, mərd oğlum,
Vətən adlı dastan yazdın nər oğlum.

Son günlər cəbhədə baş verənlərə, hər bir azərbaycanlı kimi mədəniyyət və incəsənət nümayəndələlridə laqeyd qalmır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Gəncə Musiqi Kollecinin müəllimi, bəstəkar Məmməd Cəfərov cəbhədə erməni təxribatına qarşı layiqli cavab verən azərbaycan əsgərinə yeni kantata bəstələyib. Nəsibə İsrafilqızının sözlərinə bəstələnən musiqi əsərində Azərbaycan övladlarının mərdliyindən, qormazlığından, vətənə, torpağa, bayrağa sadiqliyindən bəhs edilir.
Qısa zaman ərzində ərsəyə gələn əsərdə Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Filarmoniyasının salistləridə öz köməkliklərini əsirgəməyiblər.
Kantatanın gələcəkdə Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Azərbaycan Dövlət Filarmoniyasında ifa olunması nəzərdə tutulur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz