/ / Gəncə şəhərində brifinq keçirildi

Gəncə şəhərində brifinq keçirildi

557 Baxış



Məlum olduğu kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb. 11 oktyabr 2020-ci il tarixində baş verən hadisə səbəbi ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncəyə gediblər. Onlar gecə saatlarında Ermənistan tərəfindən raket atəşinə məruz qalan şəhərdəki dağıntılarla tanış olublar.
Daha sonra Gəncə şəhərində brifinq keçirilib. Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən mülki şəxslərə qarşı terror aktı törədir. Bunu terror aktı, soyqırım aktı olaraq qiymətləndirdiklərini bildirən Hikmət Hacıyev onuda qeyd edib ki, onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi əməllərə əl atırlar.
Brifinqdə qeyd olunub ki, toplanmış materiallar həm prokurorluq, həm də XİN xəttilə aidiyyatı beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Ermənistanın silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb deyə Baş prokuror Kamran Əliyev bildirib.
Hikmət Hacıyevin sözlərinə görə , düşmənin məqsədi mülki əhalini hədəf alaraq, əhali arasında təşviş və panika yaratmaqdır. Lakin onlar buna nail ola bilməyəcəklər.
Düşmənin siyasi məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanı təhrik etməkdir ki, Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın mülki məntəqələrinə zərbələr endirilsin və bundan Azərbaycana qarşı istifadə etsinlər deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev , Prezidentin köməkçisi Hikmət Hacıyev , Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovda iştirak edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz