/ / “Biçarə qardaşın başını götürüb fronta qaçdı...” Qəhrəmanıın məktubundan

“Biçarə qardaşın başını götürüb fronta qaçdı...” Qəhrəmanıın məktubundan

655 Baxış


“Biçarə qardaşın başını götürüb fronta qaçdı...” Qəhrəmanıın məktubundan.
1941-1945-ci, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılılıb. Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 42-si azərbaycanlı olmaqla həmvətənlərimizin təqribən 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri və ən birincisi isə israfil Məmmədovdur. Əslən Şəmkinin Qapanlı kəndindən olan İsrafil Məmmədov 16 mart 1919-cu ildə Gəncədə anadan oldub. Elə Gəncədə böyüyüb həddi buluğa çatan və yerli milislərlə arası o qədər də xoş olmayan gənc 1939-cu ildə hərbiyə yollanır. “Biçarə qardaşın başını götürüb fronta qaçdı”- bacısı Sucaətə yazdığı məktubdakı bu sətrlər onun daim sıxışdırıldığından xəbər verirdi. Səbəb isə xalqın qayğısını çəkməsi, haqsızlığa gös yuma bilməməsi idi. O, hərbiyə gedən il SSSR-Fin müharibəsində iştirak edir. 1941-ci ildə isə alman faşistlərinə qarşı ön cəbhədə döyüşür. Novqorod ərtafında gedən 10 saatlıq döyüşdə mövqelərdən birini qoruduğu və bu zaman 73 faşist əsgər və zabitini məhv etdiyi üçün 1941-ci ilin dekabrında Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 1942-ci ildə qəhrəmanın Gəncəyə gəlişi izdihamla qarşılanır və milislər bir neçə il əvvələ qədər təqib etdikləri gəncə artıq hörmət-izzət göstərirlər.Gəncəyə gələn zaman qəhrəmana şəhərin mərkəzində iki otaqlı ev hədiyyə edilir. Novqorodda ailə qurduğu xanımla bu mənzildə yaşayır. Həmin nigahdan əkiz qızları dünyaya gəlir. 1985-ci ildə isə həmin mənzil İsrafil Məmmədovun ev muzeyinə çevrilir. Muzeydə İsrafil Məmmədovun vaxtilə istifadə etdiyi çəkmələr, ətir qabı, çəngəl, fincan, portfel, xəncər, tüfəng, silah qabı, saat, şamdan və digər masaüstü əşyalar xüsusilə diqqət çəkir. Muzey may aylarında, əsasən də İsrafil Məmmədovun anım günlərində daha çox yad edilir. Qələbəlik əsasən 1 may - qəhrəmanın vəfat tarixinə, eləcə də faşizm üzərində qələbə günləri ərəfəsinə təsadüf edir. Ziyarətçilər arasında isə şagirdlər üstünlük təşkil edir. Qeyd edək ki, Azərbaycanın İlk Sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədov gənc yaşlarında vəfat edib. O, faşizm üzərində qələbə sevincini yaşasa da qələbənin 1 illiyini görə bilmir və 1 may 1946-cı ildə 27 yaşında əbədiyyətə qovuşur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz