/ / Azərbaycanda sentyabrın 1-dən ov mövsümü açılıb

Azərbaycanda sentyabrın 1-dən ov mövsümü açılıb

560 Baxış


Artiq 15 gündür ki hobbisi ov etmək olanlar bu istəklərini reallaşdırırlar. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sentyabrın 1 dən Azərbaycanda ov mövsümü açıq elan edilib. Ovçuluq üçün qanunla nəzərdə tutulan sənəd və icazəsi olan hər bir şəxs qarşıdakı aylar ərzində ov edə bilər. Lakin bu o demek deyil ki ov etmək icazəsi olan vətəndaş istənilən vəhşi heyvanı və çol quşlarını öldürə bilər. Ovçu yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovlanmasına icazə verilən vəhşi heyvan və çöl quşlarını qanunla müəyyən olunan kvotada ovlaya bilər. Əks halda həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Məlumat üçün bildirək ov mövsümü ərzində qaydal və normalara uyğun olaraq ovlanmasına icazə verilən heyvanlar təkə,çöl donuzu, dovşan, çaqqal, yenot və bataqlıq qunduzudur. Quşlar isə cüllüt, qaz, ördək və qaşqaldaqdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz