/ / Gəncəylə əlaqələrimiz daha sıx olacaq

Gəncəylə əlaqələrimiz daha sıx olacaq

480 Baxış



Azərbaycanda səfərdə olan Türkiyənin Gənclər Fondunun sədri Enes Eminoğlu, ermənistan ordusunun hərbi təcavüzləri nəticəsində çoxsayda mülki şəxsin qətlə yetirildiyi Bərdə və Gəncə şəhərini ziyarət edib. Ermənistanın cinayətkar hərbi rejimi tərəfindən Gəncənin müxtəlif ərazilərinə endirilən ballistik raket zərbələri nəticəsində dağıdılan ərazilərə baş çəkən rəsmi qonaqlar hadisəni insanlığa sığmayan erməni vəşiliyinin əsil üzünü göstərən bir mənzərə olduğunu qeyd ediblər. Bu təcavüzə və erməni özbaşnalığına son vermək üçün Türkiyənin hər zaman qardaş ölkə olan Azərbaycanın yanında olacağını, türkün gücünü və qardaşlığını bütün dünyaya nümayiş etdirəcəklərini ifadə ediblər. Rəsmi qonaqlar daha sonra Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk tərəfindən qəbul olunublar. Görüşdə iki ölkənin qardaşlığından söz açan Zəki Öztürk Gəncənin Azərbaycan tarixində xüsusi önəmə malik olmasından eləcədə şəhərin tarixi, mədəniyyətindən və bir sıra əhəmiyyət kəsb edən məqamlar haqqında qonaqlara məlumat verib.
Bundan sonra rəsmi qonaqlar Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə, və Müşfiq Cəfərovun müşayəti ilə Gəncə İmamzadə Dini Kompleksinə yola düşüblər. Müqqədəs məkanı qısa ziyarətdən sonra nümayəndə heyyəti böyük Azərbaycan şairi dahi mütəfəkkir Nizami Gəncəvinin türbəsini ziyarət ediblər.
Qonaqlara dahi mütəfəkkirin həyat və yaradıcılığından onun dünya ədəbiyyatına bəxş etdiyi xəzinədən ətraflı məlumat verilib. Azərbaycanda və xüsusəndə Gəncədə olmaqdan böyük şərəf duyduğunu qeyd edən Türkiyənin Gənclər Fondunun sədri Enes Eminoğlu bu səfərlərin gələcəkdə daha intensiv olacağını, iki ölkənin dost və qardaşlığının dahada möhkəmlənməsinə xidmət edəcəyini dilə gətirib. Sonda rəsmi qonaqlara xatirə olaraq Nizami Gəncəvinin xəmsəsi təqdim olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz