/ / Erməni terrorundan zərər çəkən vətəndaşlara növbəti yardım çatdırıldı

Erməni terrorundan zərər çəkən vətəndaşlara növbəti yardım çatdırıldı

500 Baxış



Gəncədə ermənistan ordusunun hərbi cinayətlərindən zərər görən ailələr diqqətdə saxlanılır. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi ilə Bakı şəhərindən olan xeyriyyəçi Aylar Mustafayeva və Tərlan Gülməmmədov Erməni ordusunun hərbi cinayətlərindən əziyyət çəkən 5 ailəyə isiti geyim və yataq dəstləri, eləcədə müxtəlif ev əşyaları və avadanlıqlar çatdırıblar. Artıq 2-ci dəfədir ki, xeyriyyəçilər qeyd olunan yardım aksiyasını həyata keçirirlər. Buna qədər 31 ailəyə gündəlik qida məhsulları və geyim sovqatları paylanılıb. Müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşdirilən sakinlərə davamlıq olaraq yardımların ediləcəyi qeyd olunub. Məlumat üçün bildirək ki, erməni ordusunu Gəncəni raket atəşinə tutması nəticəsində aralarında 5-i azyaşlı olmaqla 25 dinc sakin həlak olub 100-dən çox vətəndaş yaralanıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz