/ / Hacı Nuran Gəncədə hadisə yerini ziyarət etdi

Hacı Nuran Gəncədə hadisə yerini ziyarət etdi

652 Baxış



Oktyabrın 11-i gecə saat 2 radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə endirilən raket zərbəsi nəticəsində dağıdılmış əraziyə ziyarət davam edir. Xeyriyyəçi Hacı Nuran da bu gün hadisə yerində olub. Terror aktı nəticəsində həyatını itirənlərin xatirəsi yad olunub, məkana tər qərənfillər qoyulub.
Vandalizm aktından zərər görən Gəncə sakinləri ilə görüş zamanı Hacı Nuran onların dərdinə şərik olduğunu və hərtərəfli dəstəyini əsirgəməyəcəyini də diqqətə çatdırıb.
Kəpəz Futbol Klubunun üzvləri də hadisə yerində olub və ziyan çəkmiş vətəndaşlarla görüşüblər. Gəncə sakinləri isə Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı həyata keçirdiyi bu terror aktını heç vaxt unutmayacaq.
Bütün dünyanın izlədiyi bu dəhşətli görüntülər erməni xislətinin bariz nümunəsi olacaq qalacaq. Onların illərdən bəri formalaşan işğalçı dünyagörüşü isə bu gün ordumuzun uğurları sayəsində sındırılır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz