/ / Yeni Azərbaycan Partiyası Gəncədəki erməni təxribatı ilə yerindəcə tanış oldu

Yeni Azərbaycan Partiyası Gəncədəki erməni təxribatı ilə yerindəcə tanış oldu

611 Baxış



Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Gəncə şəhərinə səfər edib. Əli Əhmədov Ermənistan silahlı qüvvələri tərəfindən endirilən raket zərbələri nəticəsində dağıdılmış ərazilərdə olub. Erməni terroru nəticəsində dinc əhaliyə və mülki infrastruktura ziyan dəymiş məkanları ziyarət edən sədr müavini sakinlərlə görüşüb. Jurnalistlərin suallarını cavablandıran Əli Əhmədov ordumuzun zəfərlərindən danışıb, Ermənistan silahlı qüvvələrinin döyüş meydanındakı uğursuzluqlarını diqqətə çatdırıb.
Erməni vandalizminə baxmayarq, Gəncə sakinlərinin qəhrəmanlıq nümayiş etdiridiyini bildirən Əli Əhmədov düşmən tərəfinin Azərbaycanın ikinci böyük şəhərinə qarşı həyata keçirdiyi bu terror aktının mahiyyətini də bir daha diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyasının bir sıra xarici təşkilatlarla əməkdaşlıq etdiyini vurğulayan Baş nazirin müavini ermənilərin təxribatları ilə bağlı bütün məqamları beynəlxalq arenaya daşıdıqlarını söyləyib.
Əli Əhmədov erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən təqaüdlərin veriləcəyini də açıqlayıb.
Əli Əhmədov daha sonra hadisə nəticəsində xəsarət alan yaralıları müalicə olunduqları xəstəxanalarda ziyarət edib. Ermənistanın raket hücumundan zərər çəkən müsahibimiz də həmin anları yada saldı, fikirlərini bizimlə bölüşdü.
Son olaraq bildirək ki, bu gün ordumuzun uğurlu əks-əməliyyatları nəticəsində həlak olanların və yaralananların qisası lazımi səviyyədə alınır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz