Erməni terrorundan zərər çəkən vətəndaşlara yardımlar davam edir
Nurlana Abdullayeva
30-10-2020 19:00
471 Baxış
Gəncədə Ermənistan ordusunun hərbi cinayətlərindən zərər görən ailələr diqqətdə saxlanılır. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının vasitəçiliyi ilə Şirvan şəhərində yerləşən “Uğur” şəxsi inkişaf mərkəzinin rəhbəri Mehman Bayramov Erməni ordusunun hərbi cinayətlərindən əziyyət çəkən bir çox ailəyə yardım edib. Yardım aksiyasından zərər çəkənlərə isti geyim eləcədə müxtəlif məişət əşyaları çatdırılıb. Buna qədər 31 ailəyə gündəlik qida məhsulları və geyimlər paylanılıb. Müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşdirilən sakinlərə davamlı olaraq, yardımların ediləcəyi diqqətə çatdırılıb. Qeyd edək ki, erməni ordusunun Gəncəni raket atəşinə tutması nəticəsində aralarında 5-i azyaşlı olmaqla, 25 dinc sakin həlak olub, 100-dən çox vətəndaş yaralanıb.