Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndə heyəti Gəncəyə gəlib
Nurlana Abdullayeva
04-11-2020 17:00
521 Baxış
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfərə gəlib. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər müşayiət ediblər. Mənfur düşmənin həyata keçirdiyi terror nəticəsində dağıdılan ərazilərə baş çəkən rəsmi qonaqlar erməni vadallarının törətdiyi hadisələrlə yerində tanış olublar. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren dinc əhaliyə qarşı həyata keçirilən qətliamın insanlığa sığmadığını dilə gətirib və dünyanın bəzi aparıcı ölkələrinin buna səsiz qalmasının qəbuledilməz olduğunu ifadə edib.
Məlumat üçün bildirək ki, Ermənistan ordusu hərbi cinayət törədərək Gəncəyə atdığı ballistik raket zərbələri nəticəsində 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.