/ / Yuxuda gələcəyinizi görə bilərsizmi?

Yuxuda gələcəyinizi görə bilərsizmi?

1 389 Baxış



Qorxulu yuxudan necə oyana bilərik?
Hər zaman insanlar bir-birinə sual verir. Yuxu nədir, niyə görə yuxu görürük və ya əksinə niyə yuxu görmürəm, qorxulu yuxular necə yaranır, yuxudan istədiyim vaxt özüm-özümə əmr verib oyana bilərəmmi və bunun kimi kifayət qədər çox suallar. Təbii ki bu sualların cavabları var və indi təqdim edəcəyimiz videoda həmin cavabları eşidəcəksiz.
Günün yorğunluğundan bədən halsızlaşır və yuxu ilə birlikdə yarı oyanıq şəkildə xəyallar görməyə başlayırıq. Bütün bunların düşüncələrimizlə harmoniya təşkil etməsi isə yuxudur. Daha dəqiq desək, yaşadıqlarımız ana mərkəzə çatdıqda onları yuxu anında sintez edərək xəyal şəklində görürük. Aparılan araşdırmalar görülən yuxuların bir çoxunun unudulduğunu, sadəcə bizi çox kədərləndirən və bizə həddən artıq təsir edən xəyalların xatırlandığını sübut edib.
Məsələn, gün içində böyük bir münaqişə yaşadınız, ya da sizi çox kədərləndirən bir hadisə oldu. Yuxuda bunu öz formalaşdırdığınız şəkildə görməyiniz mümkündür. Təbii ki, bu birbaşa sizinlə əlaqəsi olmayan məqamlar də ola bilər, amma şüuraltınız və yaşadığınız hadisələr yuxu əsnasında da sizdən əl çəkməyəcək.
Bəzən görüb unutduğunuz yuxular həqiqi həyatda sizə dejavyu yaşadır. Həmin günü əvvəllər nə zamansa yaşamış kimi hiss edirsiniz. Və ya ilk dəfə getdiyiniz bir yerlə bağlı "mən buranı hardansa xatırlıyıram" deyə düşünürsünüz.
Araşdırmalar göstərir ki, oyandıqdan sonra ilk 5 dəqiqə gördüyümüz yuxunun 50 faizini, 10 dəqiqənin tamamında isə 90 faizini unuduruq.
Görmə qabiliyyətini itirmiş insanlar da yuxu görür. Sonradan görmə qabiliyyətini itirən insanlar eyniylə görə bilən insanlar kimi yuxular görsə də, doğuşdan görə bilməyən insanlar səs, qoxu və hisslər üzərinə qurulu yuxular görürlər.
Həddən artıq psixoloji problemləri olan insanlardan başqa hamı yuxu görür. Yuxu görmədiyini düşünən insanlar əslində yuxularını çox tez unudurlar.
Yuxuda gördüyümüz tanımadığımız insanlar əslində həyatda qarşılaşdığımız ama xatırlamadığımız insanlardır. Zehnimiz heç vaxt yeni simalar yaratmır.
Xoruldayan zaman yuxu görmək mümkün deyil. Elmi olaraq sübut edilməsə də, aparılan araşdırmalarda xoruldayan insanların daha az, qısa və unudulan yuxular gördüyü müəyyən edilib. Qorxulu yuxular isə hansısa münaqişə, həyəcan və qorxu yaşadığınız günün axşamı və ya qorxu filminə baxdığınız günün sonunda yaşana bilər. Son olaraq qeyd edək ki, yuxuda yıxılma hissi sizi yuxudan oyadacaqdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz