/ / Subaylıq sultanlıqdır?

Subaylıq sultanlıqdır?

611 Baxış


Evlilik yoxsa subaylıq
Evli olmaq, yoxsa subay qalmaq daha yaxşıdır? Cavabı ən çətin sualdır, bəlkə. İngiltərədə aparılan bir araşdırmaya görə, bu sualın kişi və qadına uyğun, iki fərqli cavabı var. İngiltərə alimlərinin apardığı araşdırmalar zamanı məlum olub ki, subay qadınlar evli qadınlara nisbətən daha xoşbəxtdirlər. Buna səbəb isə azaqlıqlarının olmasıdır. Deməli, bu araşdırmadan belə çıxır ki, evli qadınlar azad deyil? Tərəflərdən biri evliliyin həyata mənfi təsirlərindən danışsa da, araşdırmalar əslində evliliyin həyat xilas etdiyini ortaya qoyur. Tək yaşayan insanların qidalanma vərdişləri və həyat nizamı sağlam olmur. Bundan başqa qarşıya çıxan çətinlikləri bölüşəcəkləri həyat yoldaşının olmaması səbəbi ilə bütün yükü çiyinlərində tək daşımaq məcburiyyətində qalırlar. Lakin evlilik insanların bütün çətinliklərin öhtəsindən müştərək şəkildə gəlmələri üçün geniş imkanlar açır. Ona görə də, ürəyi sevgi ilə dolduracaq və xoşbəxt edəcək bir ömür-gün yoldaşı tapmaq çox əhəmiyyətlidir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz