/ / Sağlamlığa doğru nəfəs al

Sağlamlığa doğru nəfəs al

627 Baxış


Sağlamlığa doğru nəfəs al
İnsan doğru nəfəsalmayla yaradılır. Lakin stres, qorxu kimi faktorlar doğru nəfəsalmanın itirilməsinə səbəb olur. Alternativ tibb araşdırmaçılarına görə 98% insan düzgün nəfəs ala bilmir.
Diafraqmal nəfəsalma qanın oksigenlə maksimum doymasını təmin edir. Havanı ağ ciyərin aşağı və böyük tutumlu hissəsinə daxil olmağa məcbur edir. Qarın boşluğunda qan dövranını stimullaşdırır. Bağırsaq əzələlərinin dalğavari yığılmasıyla həzmə kömək edir və zəhərli kütlənin bədəndən çıxmasını asanlaşdırır. Meteroizm, gəyirmə, qaraciyər problemlərini aradan qaldırır. Sinirlərə sakitləşdirici təsir edir. Bəs sinə nəfəsalmasından bu qədər faydalı olan diafraqmal nəfəsalmaya necə keçməli?
Məşqlər diafraqmal nəfəsalma vərdişə keçənə qədər davam etməlidir. Ən əsası, nəfəs fərqində olaraq alınmalı və dərin diafraqmal nəfəsalma gündəlik rutinə çevrilməlidir.
Dərin diafraqmal nəfəsalma insanın emosional sarsıntılar zamanı sakitləşməsinə və emosional sınaqları yaşamasına kömək edir. Pandemiyanın psixoloji təsirlərinin hökm sürdüyü bir vaxtda klassik Şərq fəlsəfəsinə dayanan təbii şəfa sistemi Ayurvedanın təbirincə nəfəs almağı həkimlər də məsləhət görür.
#wellbeing #diafraqmalnəfəsalma #yoga

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz