/ / Wi-Fi sürətiniz azdırsa, bunlara əməl etməlisiniz

Wi-Fi sürətiniz azdırsa, bunlara əməl etməlisiniz

554 Baxış


Müasir dövrün tələblərinə, şərait standartlarına uyğun olaraq Wi-Fi həyatımızın tam mərkəzində dayanır. İstifadə dairəsi isə gündən-günə daha da genişlənir. Ancaq Wi-Fi-nin sürəti məsələsində yaranan problemlər bu gün aktual olaraq qalır.
Evdə Wi-Fi gücləndirə biləcək bir neçə sirr var və əgər buna əməl olunarsa, dalğaların sürətləndiyini hiss etmək mümkün olacaq.
1. İlk şərt modemin mərkəz bir yerə qoyulmasıdır ki, bu, dalğaların bərabər şəkildə evdə paylanmasına kömək edəcək.
2. Mütləq şəkildə modem açıq əraziyə qoyulmalıdır. Əgər hansısa dolaba qoysanız, dolabın divarları dalğaların yayılmasına əngəl törədəcək.
3. Modem yerdən yuxarıda olan bir əşyanın üzərinə qoyulmalıdır. Çünki bəzi modemlərin dalğaları məhz aşağıya yönəlir və sizin modem yerdə olarsa o zaman aşağı mərtəbəyə dalğalar yönələcək.
4. Modemi digər elektron cihazlardan uzaq tutmağa çalışın. Çünki bu cihazlar dalğaları "udur".
Wi-fi insanların işini kifayət qədər asanlaşdırsa da, sağlamlığımız üçün də potensial təhlükədir: “Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin aprdığı araşdırmalara görə, wi-fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir”.
1) wi-fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı;
2) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
3) Yatdığınız otaqda modem qoymayın.
Deyilən tövsiyələrə əməl etsəniz, həm internet sürətiniz yüksək səviyyədə olar, həm də sağlamlığınız təhlükə qarşısında qalmaz.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz