/ / İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbərliyi və könüllüləri Gəncədə səfərdə olub

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbərliyi və könüllüləri Gəncədə səfərdə olub

638 Baxış



Səfərinin əsas məqsədi vətən müharibəsinin gedişində mənfur düşmənin xain hücumlarına məruz qalmış Azərbaycanın ikinci böyük şəhəri Gəncənin, erməni terrorundan əziyyət çəkmiş sakinləri, şəhid və qazi ailələri ilə görüşmək, terror hücumlarına məruz qalan əraziləri ziyarət etmək olub. Səfər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov,Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gənclər Birliyinin, həmçinin İctimai Birliyin Qərb regional nümayəndəliyinin təmsilçiləri, İMZA könüllüləri ilə birgə terror dövləti olan ermənistanın 44 günlük vətən savaşında, qadağan olunan raketlərlə zərbə endirdiyi və çoxsayda insanın həlak olduğu ərazilərə baş çəkərək, erməni hərbi cinayət nəticəsində şəhid olanların əziz xatirəsini yad ediblər. Gəncədəki erməni terrorunun izlərinə şahidlik edən İMZA-çılar bunu ermənistanın nə qədər qatil və əliqanlı bir dövlət olduğunun sübutu kimi qiymətləndiriblər.
Qonaqlar daha sonra Gəncədə erməni terroruna məruz qalan ailələri ziyarət ediblər. Görüşdə, müharibədə qazandığımız qələbədə qəhrəmancasına şəhid olan vətəndaşlarımızın heç zaman unudulmayacağı və daim böyük ehtiramla yad ediləcəkləri ifadə olunub. Daha sonra ictimai birliyin üzvləri gəncənin şəhidlər xiyabanını ziyarət edərək, vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad ediblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz