Düşməni unutmayaq, unutdurmayaq
Nurlana Abdullayeva
11-11-2020 15:08
694 Baxış
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Azərbaycan ordusunun şanlı zəfərini, Gəncədə erməni hərbi təxribatları nəticəsində həlak olan mülki vətəndaşların ruhuna hörmət əlaməti olaraq, dağıdılan əraziləri ziyarət etməklə qeyd edib. Ziyarətin əsas məqsədlərindən biri də mənfur düşməninin xalqımıza qarşı törətdikləri vəşilikləri unutdurmamaq və dinc əhaliyə qarşı erməni vandallarının həyata keçirdikləri terror aktlarını, gənclərə, eləcədə gələcək nəsillərə aşılamaqdır. Bu gün əldə olunan qələbədə gənclərin həm ön həm də arxa cəbhədə böyük hünər göstərdiklərini qeyd edən Məryəm Məcidova, Azərbaycanın daha da çiçəklənməsi və güclənməsi naminə gənclərimizin daima dövlətin yanında olacağını, bundan sonrada bu istiqamətdə öz güclərini səfərbər edəcəklərini ifadə edib.