/ / İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Gəncədə erməni vəhşiliyinin nəticələrinə şahidlik ediblər

İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Gəncədə erməni vəhşiliyinin nəticələrinə şahidlik ediblər

764 Baxış



İslam Əməkdaşlıq Təşkilatının Gənclər Formunun rəhbəri, Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfərə gəlib. Səfərin məqsədi Azərbaycan, torpaqlarını erməni işğaldan azad etmək üçün həyata keçirdiyi əks həmlə, hərbi əməliyyatının zəfərini qeyd etmək və 44 gün davam edən vətən müharibəsində, erməni vandallarının Gəncədə dinc əhaliyə qarşı törətdiyi terror aktının fəsadlarına şahidlik etmək olub. Ermənistan ordusunun qadağan olunan raketlərlə, Gəncəyə zərbə endirdiyi ərazilərə baş çəkən rəsmi qonaqlara, baş verənlərlə bağlı ətraflı məlumat verilib. Nümayəndə heyyətini müşayət edən Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov və Milli Milli məclisin Gəncədən olan deputatları, ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq cəbhə bölgəsindən kənarda yerləşən Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olduğu, 90-dan çox insan yaralandığı və yüzlərlə yaşayış evi yararsız hala salındığı barədə məlumat veriblər. Hadisə yerinə baxış keçirən nümayəndələr, ermənilərin tarixən günahsız dinc əhaliyyə qarşı bənzəri terror aktlarının həyata keçirdiyini və bunu bir dövlət siyasətinə çevirdiklərini qeyd ediblər. Azərbaycanın haqq savaşında ermənilərin Gəncədə törədikləri vəşilikdir və mahiyyətcə hərbi cinayətdir deyən, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Formunun rəhbəri Taha Ayhan, bunun bütün dünya ictimayətinə çatdırılması istiqamətində xüsusi sənəd hazırlayacaqlarını qeyd edib.

Erməni terrorundan əziyyət çəkən vətəndaşlarla görüşən nümayəndə heyyəti həlak olanların ailələrinə baş sağlığı verib, hadisə nəticəsində şəhid olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Gəncədə erməni vəhşiliyinin nəticələrinə şahidlik ediblər

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz