Erməni terrorundan zərər çəkən vətəndaşlara yardım olundu
Nurlana Abdullayeva
22-10-2020 16:34
473 Baxış
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gəncədə ermənistan ordusunun hərbi cinayətlərindən zərər görən ailələrə baş çəkərək onlara yardım sovqatları çatdırıblar.Sovqatlar Bakı şəhərindən Aylar Mustafayeva və Tərlan Gülməmmədov tərəfindən könüllü olaraq hazırlanıb. Erməni ordusunun hərbi cinayətlərindən əziyyət çəkən 31 ailə gündəlik ərzaq məhsulları və geyimlə təmin olunublar. Müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşdirilən sakinlərə davamlıq olaraq yardımlar ediləcək. Qeyd edək ki, erməni ordusunu Gəncəni raket atəşinə tutması nəticəsində aralarında 5-i azyaşlı olmaqla 25 dinc sakin həlak olub 100-dən çox vətəndaş yaralanıb.