/ / Gəncədə erməni terroru ilə bağlı brifinq keçirildi

Gəncədə erməni terroru ilə bağlı brifinq keçirildi

628 Baxış



Gəncə şəhərində növbəti brifinq keçirilib. Yerli və xarici media nümayəndələrinin qatıldığı tədbirdə Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev, Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak edib. Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 17-si gecə saat 1 radələrində Nizami yurduna endirilən raket zərbəsi nəticəsində dağıdılmış ərazini ziyarət edən diplomatik korpusun nümayəndələri daha sonra brifinqə qatılıb və onlara erməni terroru ilə bağlı geniş məlumat verilib.
Baş Prokuror Kamran Əliyev bildirib ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi bu vandalizm aktının həm siyasi, həm hüquqi, həm də hərbi müstəvidə qarşılığı mütləq veriləcək.
Brifinqdə terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətin ətraflı məlumatlandırılması istiqamətində media işçilərinin və diplomatik korpus nümayəndələrinin rolu diqqətə çatdırılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz