/ / Vandalizm aktının qurbanları və sönməyən vətəndaşlıq ruhu

Vandalizm aktının qurbanları və sönməyən vətəndaşlıq ruhu

728 Baxış



Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncə şəhərinə səfər etdilər. Onlar erməni vandalizmini, qeyri-insani addımın xoşagəlməz nəticələrini öz gözləri ilə gördülər. Mülki əhaliyə qarşı “Skad” tipli ballistik raket vasitəsilə həyata keçirilmiş terror aktının arzuolunmaz fəsadlarını artıq bütün dünya izləmiş oldu. Hadisə ilə yerindəcə tanış olmaq üçün Bakıdan gələn qonaqlarla yanaşı, Gəncə şəhərindəki bir sıra idarə və təşkilatların nümayəndələri, YAP Gəncə şəhər təşkilalatının sədri, millət vəkili Naqif Həmzəyev, təşkilatın işçi heyəti və fəal könüllüləri, ümumilikdə şəhər ictimaiyyəti hadisə yerini ziyarət edərək öz vəzifə borclarını yerinə yetirdilər. Raket zərbəsi nəticəsində həyatını itirən dinc sakinlərin xatirəsinə hörmət əlaməti olaraq hadisənin baş verdiyi məkana tər qərənfillər qoyuldu.

Erməni xisləti və illərdir dəyişməyən erməni psixologiyasının nəticəsi olaraq mülki əhaliyə qarşı törədilmiş, xüsusilə içlərində qadınların və azyaşlıların olduğu bu terror aktı onların xatirində ömürlük qalacaq. Lakin bu faciə Gəncə sakinlərinin erməni toplumu ilə bağlı düşüncələrini və vətəndaşlıq mövqeyini dəyişməyəcək.

Qeyd edək ki, Ermənistanın raket zərbələri nəticəsində həlak olan insanların adlarının olduğu stend də hazırlanıb və hadisənin baş verdiyi məkana yerləşdirilib. Xatırladaq ki, vandalizm aktı nəticəsində 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 35 nəfər yaralanıb, 9 nəfər isə dünyasını dəyişib. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz