/ / Gəncədə Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib

Gəncədə Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib

717 Baxış



Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin nümayəndələri Gəncədən olan vətən müharibəsi şəhidlərinin və qazi ailələrini ziyarət ediblər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfıratın dəstəyi ilə Tək Millət Tək Ürək beynəlxalq humanitar yardım layihəsi çərçivəsində Türkiyə Respublikası Dini İşlər Nazirliyi və fondu tərəfindən, eləcə də Qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən səfirliyinin dəstəyi ilə 44 günlük vətən müharibəsində canından keçən şəhidlərin və Qarabağ qazilərinin ailələrinə yardım sovqatları çatdırıblar.
Bir millət İki dövlət anlayışının təcəssümü olan, Tək Millət Tək Ürək humanitar qardaşlıq layihəsində Gəncə Şəhər İcra Hakimiyyəti də yaxından iştirak edib. Şəhid ailələri ilə görüşən Gəncə Şəhər İcra Hakimiyyəti başcısının 1-ci müavini Səməd Tomuyev torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir qəhrəmanın ailə üzvlərinin dövlətə əmanət olduğunu və daim ən yüksək diqqət və qayğı ilə əhatə olunacağını qeyd edib.
Bu kimi tədbirlərdə birmənalı olaraq yaxından köməklik göstərən YAP Gəncə şəhər təşkilatı bu dəfə də şəhid ailələrinə dəstəyini nümayiş etdirib. Partiyanın könüllü gəncləri sovqatların ailələrə çatdırılmasında öz köməkliklərini əsirgəməyiblər. Tək Millət Tək Ürək humanitar qardaşlıq yardım aksiyasında Milli Məclisin Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov şəhid ailələrinin problemləri ilə maraqlanıb, onların həlli istiqamətində zəruri addımların atılmasında lazımı köməklik göstərəcəklərini ifadə ediblər. Qeyd edək ki, Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsi Gəncədəki bütün şəhid və qazi ailələrini əhatə edəcək.

Gəncədə Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib

Gəncədə Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib

Gəncədə Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsinə start verilib

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz