/ / Gəncədə Tək Millət Tək Ürək humanitar qardaşlıq layihəsi davam etdirilir

Gəncədə Tək Millət Tək Ürək humanitar qardaşlıq layihəsi davam etdirilir

583 Baxış



Azərbaycan Redpublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyi başlatdığı Tək Millət Tək Ürək beynəlxalq humanitar qardaşlıq layihəsi çərçivəsində Gəncədə olan şəhid və qazi ailələrinə növbəti yardımlar çatdırılıb. 44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşan vətən müharibəsinin qazilərini və şəhid ailələrini əhatə edən layihənin məqsədi vətən uğrunda canından keçən qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sovqatlar Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının fəal gəncləri tərəfindən ailələrə çatdırılıb. Aksiyada 40-a yaxın şəhid ailəsi ziyarət olunub və zəruri yardım sovqatları verilib. Qeyd edək ki, Tək Millət Tək Ürək beynəlxalq qardaşlıq layihəsi Gəncədəki bütün şəhid və qazi ailələrini əhatə edəcək.

Gəncədə Tək Millət Tək Ürək humanitar qardaşlıq layihəsi davam etdirilir

Gəncədə Tək Millət Tək Ürək humanitar qardaşlıq layihəsi davam etdirilir

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz