/ / Vətən müharibəsinin şəhidləri Gəncədə 1 dəqiqəlik sükutla yad edilib

Vətən müharibəsinin şəhidləri Gəncədə 1 dəqiqəlik sükutla yad edilib

753 Baxış



Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bu gün bütün ölkədə 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan ordusunun erməni işğalı altında olan torpaqlarımızı azad etmək üçün 27 sentyabrda başlatdığı haqq savaşında həlak olanların əziz xatirəsi Gəncədə şəhərin baş meydanına toplaşan çox sayda şəhər sakini, idarə və təşkilatlar, yerli icra orqanlarının əməkdaşları və millət vəkilləri tərəfindən ehtiramla anılıb.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı da vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz ruhuna hörmət əlaməti olaraq sayqı duruşunda dayanıblar.

27 sentyabrda başlayan, 44 gün davam edən və müzəffər ordumuzun qələbəsi ilə yekunlaşan vətən müharibəsində 2783 hərbi qulluqçu qəhrəmancasına həlak olub. Məhz belə qəhrəman və qorxmaz vətən oğullarının hesabına torpaqlar bütövləşərək vətən olur. Bu torpağın, bu vətənin hər qarışına üçrəngli bayrağımızı qanı bahasına sancan və bir daha enməmək üzrə göylərə çəkən igidləri xalq heç vaxt unutmayacaq və unutdurmayacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz