/ / Erməni terrorunun Gəncə izləri “Gəncəm” klipində

Erməni terrorunun Gəncə izləri “Gəncəm” klipində

528 Baxış



Tanınmış ifaçı Mehriban Aslan yeni mahnısını təqdim edib. Müğənni ifa etdiyi mahnıya klip də çəkdirib. "Gəncəm" adlanan ekran əsərinin süjet xətti erməni terroruna məruz qalmış Gəncə sakinlərinə həsr olunub. Klipin çəkilişləri ermənilərin Gəncəyə atdığı raket nəticəsində zərər görmüş ərazilərdə aparılıb. Həmçinin evləri dağılan, yaxınlarını itirən azyaşlılara da ekran əsərində yer verilib. Müğənni klip haqqında Gəncə Tv-yə özəl açıqlamalar verib.
Kadrlarda Gəncədəki yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən dağıntılara məruz qalması öz əksini tapıb. Müğənni bildirib ki, Ermənistanın törətdiyi bu vəhşiliyi bütün dünya görməlidir. Məhz bu səbəbdən ifaçı, klipin ərsəyə gəlməsi üçün əlindən gələni edib.
Qeyd edək ki, klipin rejissoru Vüsal Məhərrəmovdur. Söz və musiqisi Vüsalə Kəngərliyə aid olan mahnını Anar Əsgərov aranjiman edib. Həmçinin, ekran əsərində Vüsalə Kəngərli də rol alıb. Mehriban Aslan açıqlamasında onu da bildirib ki, bundan əlavə yeni layihəsi də artıq işıq üzü görüb.
Xatırladaq ki, Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə raket atəşinə məruz qalıb. Nəticədə 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb və yüzlərlə yaşayış evi yararsız hala salınıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz