/ / Vətən müharibəsi qaziləri YAP Gəncə şəhər təşkilatının daim diqqətindədir

Vətən müharibəsi qaziləri YAP Gəncə şəhər təşkilatının daim diqqətindədir

267 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycanın haqq savaşı olan vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda xüsusi igidlik göstərərək qazi olan seçicilərini daim diqqətdə saxlayır.
Mütəmadi olaraq partiya təşkilatının fəallları tərəfindən hər bir qazi yaşadığı ünvanda ziyarət olunur, onların qayğıları ilə yaxından maraqlanılaraq, lazımı köməkliyin göstərilməsi üçün hazır olduqları ifadə edilir. Vətən müharibəsi qəhrəmanları ilə görüşən YAP Gəncə şəhər təşkilatının nümayəndələri, torpaq uğrunda canından keçən hər bir şəhidin hər bir qazinin cəmiyyətimiz üçün nümunə olduqlarını və heç vaxt unudulmayacaqlarını qeyd ediblər. Göstərilən diqqət və qayğıdan məmnun olduqlarını dilə gətirən qəhrəmanlar Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər zaman hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı qazilərlə yanaşı şəhid ailələrini eləcə də tənha yaşayan kimsəsiz ahılları daim diqqətdə saxlayır.

Vətən müharibəsi qaziləri YAP Gəncə şəhər təşkilatının daim diqqətindədir

Vətən müharibəsi qaziləri YAP Gəncə şəhər təşkilatının daim diqqətindədir

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz