/ / Millət vəkili Vətən müharibəsi qazisi ilə görüşüb

Millət vəkili Vətən müharibəsi qazisi ilə görüşüb

134 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycanın şanlı tarixinə çevrilən Vətən Müharibəsi qazilərindən olan Sadiq Babayevi ziyarət edib. Könüllü olaraq vətənin müdafiəsinə yollanan Sadiq Babayev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.

Keçdiyi şərəfli döyüş yolundan bəhs edən qəhrəman, bu qüruru Azərbaycan xalqına yaşadan Ali Baş Komandanın hər bir əmrinə yenədə hazır olduğunu qeyd edib.

Hər bir Azərbaycanlını qürurlandıran və ərazi bütövlüyümüzün bərpasını təmin edən 44 günlük vətən savaşının qəhrəmanlarına, diqqət göstərməyin vətəndaşlıq borcuna çevrilməli olduğunu qeyd edən millət vəkili, dövlətin bu istiqamətdə atdığı addımlara, şəhid və qazi ailələrinin sosial rifah halının yaxşılaşdırılması baxımından görülən işlərə diqqət çəkib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı qazi və şəhid ailələrinə maddi və mənəvi dəstək olmaq üçün mütəmadi olaraq müxtəlif aksiyalar təşkil edir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz