/ / Qazi Rəşad Əsədovun döyüş yolu və qəhrəmanlığı

Qazi Rəşad Əsədovun döyüş yolu və qəhrəmanlığı

725 Baxış



Birazdan 44 günlük Vətən müharibəsini öz igidliyi ilə qalibiyyətə çatdıran qazilərimizdən birini tanıyacağıq. 32 yaşlı qazimiz Rəşad Əsədovun Azərbaycan Ordusundakı xidmət yolu zəngin və çoxşaxəlidir. O, illərlə hərb sənətinin sirlərinə yiyələnib, daha da püxtələşib və qazandığı təcrübə müharibə zamanı ona uğur qazandırıb.
Rəşad Vətən müharibəsində ən çətin yarılan düşmən cəbhələrindən biri kimi tanınan Füzuli istiqamətində döyüşüb.
Bu həmin Füzuli istiqaməti idi ki, erməni silahlı qüvvələri ötən müddət ərzində illərlə orda mərhələli istehkamlar qurmuşdu.
İkinci Qarabağ Savaşında ordumuzdakı yüksək əhval-ruhiyyə qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu ki, Rəşad da həmin məqamı bir daha xatırlatdı.
Vətən Müharibəmizdə qəhrəmanlıqla vuruşan qazimiz Rəşad Əsədov aldığı kontuziyalar haqda danışdı.
Rəşadın atası da Birinci Qarabağ savaşında iştirak edib. Qazimiz bir növ atasının hərbi xidmət yolunu davam etdirib.
Son olaraq isə Rəşad şəhid generalımız Polad Həşimovla bağlı yaddaqalan, maraqlı xatirəsini bizimlə bölüşdü.
Qazilərimiz, şəhidlərimiz, ümumilikdə Azərbaycan Ordusu bizə qalibiyyət sevincini yaşatdı. Onları tanımaq və tanıtmaq bizim ən ümdə borcumuzdur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz