/ / İtaliyalı deputatlar Gəncədə erməni vandallığının şahidi olublar

İtaliyalı deputatlar Gəncədə erməni vandallığının şahidi olublar

525 Baxış



İtaliya Parlamentinin Deputatlar Palatasının vitse spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyyəti Gəncəyə səfərə gəlib. Səfərin əsas məqsədi Gəncədə dinc əhaliyə qarşı ermənistan ordusunun törətdiyi terror aktının fəsadlarına şahidlik etmək olub. Nümayəndə heyyətini müşayət edən Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov ermənistan ordusunun Gəncədə törədiyi hərbi cinayətlə bağlı rəsmi qonaqlara ətraflı məlumat veriblər. Ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq cəbhə bölgəsindən kənarda yerləşən Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olduğu, 90-dan çox insan yaralandığı və yüzlərlə yaşayış evi yararsız hala salındığı qeyd edilib. Dağıdılan ərazilərə baxış keçirən İtaliya parlamentinin deputatları ermənilərin dinc əhaliyə qarşı törədikləri vəşiliyi qınadıqlarını və bunun qəbuledilməz olduğuni ifadə ediblər.
İtaliyalı deputatlar, daha sonra erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz