/ / Türkdilli dövlətlər, Gəncədə törədilən erməni hərbi cinayətlərini qınayır

Türkdilli dövlətlər, Gəncədə törədilən erməni hərbi cinayətlərini qınayır

704 Baxış



Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhal Kıdırali Gəncəyə səfərə gəlib. Səfərin əsas məqsədi Gəncədə dinc əhaliyə qarşı ermənistan ordusunun törətdiyi terror aktının fəsadlarına şahidlik etmək olub. Qadağan olunan raketlərlə, Gəncəyə endirilən zərbələr nəticəsində dağıdılan ərazilərə baş çəkən Darhal Kıdırali törədilən hərbi cinayətlə bağlı ətraflı məlumatlandırılıb.Ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq cəbhə bölgəsindən kənarda yerləşən Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olduğu, 90-dan çox insan yaralandığı və yüzlərlə yaşayış evi yararsız hala salındığı barədə rəsmi qonağa məlumat veriblər. Gəncənin dahilər şəhəri və dünya ədəbiyyatında xüsusi yerə malik olduğunu diqqətə çatdıran Darhal Kıdırali ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəşiliyi qınadıqları və bununla bağlı türk dünyasında geniş təbliğat işləri aparacaqlarını ifadə edib.

Erməni terroru nəticəsində həlak olanların ailələrinə baş sağlığı verən akademik, hadisə nəticəsində şəhid olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.

Türkdilli dövlətlər, Gəncədə törədilən erməni hərbi cinayətlərini qınayır

Türkdilli dövlətlər, Gəncədə törədilən erməni hərbi cinayətlərini qınayır

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz