/ / Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin nümayəndə heyəti Gəncəyə gəlib

Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin nümayəndə heyəti Gəncəyə gəlib

491 Baxış



Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti erməni terroruna məruz qalan, Azərbaycanın ikinci böyük şəhərində törədilən hərbi cinayətlərin izləri ilə yerində tanış olublar. Rəsmi qonaqları müşayət edən Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov və Milli Milli məclisin deputatları ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq Gəncədə dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətin detalları haqqında məlumat veriblər. Qeyd olunub ki, qadağan olunmuş silahlardan istifadə edən ermənistan ordusunun atdığı ballistik raket zərbələri nəticəsində Gəncə şəhərində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb, yüzlərlə yaşayış evi yararsız hala salınıb, şəhərin infrastrukturuna ciddi ziyan vurulub. Hadisə yerini ətraflı araşdıran nümayəndə heyyəti, əldə olunan faktların və materialların beynəlxalq təşkilatlara çatdırılmasını və cinayətdə əli olanların məsuliyyətə cəlb olunmaları istiqamətində bütün imkanlardan istifadə edəcəklərini ifadə ediblər.

Rəsmi qonaqlara həmçinin ermənistan ordusu tərəfindən oktyabr 27-i və 28 tarixində Bərdə şəhərində də törətdiyi barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə Bərdənin atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çox sayda mülki şəxs xəsarət alıb. Sonda nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz