/ / Zərər görmüş evlərdə fəsadlar qismən aradan qaldırılır

Zərər görmüş evlərdə fəsadlar qismən aradan qaldırılır

59 Baxış



4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində bir sıra mülki infrastruktura ciddi ziyan dəydi. Vandalizm aktının baş verdiyi məkanın yaxınlığında yerləşən bir neçə mənzilin isə yalnız pəncərələri yararsız vəziyyətə düşdü. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə bu gün fəal gənclər hadisədən zərər çəkmiş həmin evlərə baş çəkiblər. Sınmış pəncərələrinin şüşələrinin dəyişdirilməsi işində ustalara kömək ediblər. Ümumiyyətlə, YAP Gəncə şəhər təşkilatı hadisə baş verən gündən etibarən terror aktından ziyan görmüş mülki vətəndaşların yanında olub onlara öz dəstəyini nümayiş etdirib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz