/ / Fransalı parlamentarilər Gəncə terroruna şahidlik ediblər

Fransalı parlamentarilər Gəncə terroruna şahidlik ediblər

501 Baxış


Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncəyə səfərə gəlib. Səfərin məqsədi ermənistan ordusunun Gəncədə dinc əhaliyə qarşı həyata keçirdiyi soyqrım aktı ilə yerində tanış olmaqdır. Ermənistan ordusunun endirdiyi ballistik raket zərbələri nəticəsində dağıdılan ərazilərə baş çəkən Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale və Fransa Milli Assambleyası Azərbaycanla dostluq qrupunun katibi Jan-Lük Reitzer baş verənlərlə bağlı geniş məlumatlandırılıblar. Fransalı qonaqları müşayət edən Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və Milli Məclisin üzvüləri,
müharibənin aktiv zonasında kilometrlərlə kənarda yerləşən və heç bir hərbi obyektin olmadığı, Azərbaycanın ikinci böyük şəhərinin ballistik raketlərdən atəşə tutulması nəticəsində 1 körpə, 5 uşaq, 10-u qadın olmaqla 30-a yaxın dinc əhalinin həlak olduğu 90-dan çox sakinin yaralandığı rəsmi qonaqların diqqətinə çatdırıblar. Gördükləri mənzərədn böyük məyyusluq hissi keçirən və baş verən hadisəni qınıyan nümayəndə heyəti, erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz