/ / Seçiciləri narahat edən məsələlər millət vəkili tərəfindən dinlənilib

Seçiciləri narahat edən məsələlər millət vəkili tərəfindən dinlənilib

469 Baxış



Milli Məclisin deputatı YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib. Mütəmadi həyata keçirilən görüşdə millət vəkili seçicilərin və şəhər sakinlərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. İşlə təminat, mənzil məişət şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər millət vəkili tərəfində diqqətlə dinlənilərək qeydə alınıb. Vətəndaşları narahat edən məsələləri ətraflı təhlil Naqif Həmzəyev qeyd olunan problemlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyinə və müraciət olunan məsələlərlə bağlı ən qısa müddətdə adiyyatı qurrumları məlumatlandıracağına söz verib. Görüşdə həmçinin vətəndaşlara pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etmək tövsiyyə olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz