/ / Gəncənin daha bir uğuru - Sosial xəbər

Gəncənin daha bir uğuru - Sosial xəbər

548 Baxış


Gəncənin daha bir uğuru
Deputat Naqif Həmzəyev səhiyyə işçiləri ilə görüş keçirib
Milli Məclisin Sədri Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxış edib
YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə yeni üzv seçilən şəhərlərin adları açıqlanıb. 27 ölkədən 55 şəhərin yer aldığı siyahıda qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin də adı var. Bu münasibətlə mötəbər qurum tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sertifikat da təqdim olunub.
Rusiyaya rəsmi səfər edən Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib. Çıxış zamanı sədr Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sosial, ticarət, mədəniyyət, elm, hərbi və təhsil sahəsində ikitərəfli əlaqələrdən, ölkələrarası əməkdaşlıqdan bəhs edib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhər səhiyyə sistemində çalışan, partiya fəalları olan gənc həkimlərlə görüş keçirib. Görüşün əsas məqsədi pandemiya ilə mübarizədə sağlamlıq keşikçilərinin göstərdikləri yüksək fədakarlığı qiymətləndirmək, eləcə də şəhər səhiyyə sisteminin inkişafında gənc həkimlərin rolu mövzusunda veriləcək yeni təklifləri dinləmək olub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz