/ / Sənət əsəri olan “Face Art”

Sənət əsəri olan “Face Art”

781 Baxış



Son illərin uşaq əyləncəsi arasında üz boyama özünü daha çox büruzə verir. Ən çox uşaqların diqqətini cəlb edən üz boyama sənəti böyüklər tərəfindən də maraqla qarşılanır. Üz boyama yəni face art sənətinin qədim tarixi var. Üz boyama sənəti Amerika qırmızıdərililəri, Afrika və Cənub Amerika qəbilələrinin ortaq təmasıdır. Naxışlar zamanla inkişaf edir və əhəmiyyətli hadisələri özündə əks etdirir. Face art ustası Aysel Əmirxanovanın sözlərinə görə, bu gün ölkədə onlarla üz boyama ustası olsa da, bu sənəti Azəbaycanda o qədər də inkişaf etdirməyiblər . Müsahibim onuda qeyd edir ki, uşaqların ən çox üstünlük verdiyi face art gənc xanımların da marağına səbəb olur.
Aysel xanımla söhbətimiz zamanı bildirdi ki , boyama işi o qədər də asan deyil, bunun üçün boyaların dilini bilmək vacibdir. Boyanın biri qurumamış digərini çəkmək boyaların qarışmasına səbəb olur. Bununla yanaşı uşaqların istəyindən asılı olaraq, çəkilən rəsmlər uşağın üzünə, ruhuna uyğun olmalıdır.
Müsahibim face artda rənglərin də böyük önəm daşıdığını bildirir. Qırmızı enerjili və şən bir rəngdir, mavi və yaşıl dinc və əyləncə, qara isə matəm rəmzidir. Onun sözlərinə görə, indiki zamanda üz boyama üçün istifadə edilən naxışlarda rəng növləri, vəsaitlər və materialların köməyi ilə həqiqətən fərqli dizaynlar yaratmaq mümkündür. Bu gün onlara müraciət edən uşaqlar əsasən televiziyadan və ya kinolardan bildikləri qəhrəmanlara bənzəmək istəyirlər. Lakin hər bir valideyn üçün maraqlı məqamlardan biri də odur ki, bu boyalar dəridə hər hansısa bir problemə gətirib çıxara bilərmi ?

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz