/ / Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır

Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır

552 Baxış



Bu gün Azərbaycanda televiziya və radio işçiləri peşə bayramlarını qeyd edirlər. 1926-cı ildə noyabrın 6-sı tarixində Azərbaycan radiosunun fəaliyyətə başlaması ilə sözügedən tarix ölkədə radio günü kimi edilib. 1956-cı ildə isə Azərbaycanda televiziyanın əsasının qoyulması və yayıma başlaması ilə 6 noyabr tarixini radio və televiziya işçilərinin peşə bayramı kimi qeyd olunur. Hazırda demək olar ki, gündəlik həyatımızı televiziyasız təsəvvür etmək mümkünsüzdür. 1956-cı ildə cəmi bir televiziya ilə ölkədə bu çətin və şərəfli peşənin təməli qoyulsa da, indi müstəqil Azərbaycan respublikasında onlarla müasir tələblərlə fəaliyyət göstərən radio və televiziyalar mövcuddur. Bu gün ənənəvi televiziyalarla yanaşı ölkədə internet televiziyalarda sürətlə inkişaf edir. Müasir zamanın tələblərindən irəli gələn internet televiziyalar, izləyicilər tərəfindən böyük rəğbət görür. Gəncə tv internet televiziyası da fəaliyyətə başladığı qısa müddət ərzində izləyicilərinə ölkədə və dünyada baş verənlərlə bağlı operativ olaraq mühim xəbərlər çatdırır və müxtəlif verlişlərlə öz izləyicilərinin zövqünə oxşaya bilib. Gəncə tv internet televiziyası olaraq, bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz