/ / Bu insanlar bu dünyadan deyil, deyəsən

Bu insanlar bu dünyadan deyil, deyəsən

493 Baxış



Dünya fırlandığı kimi və bizim onun fırlandığını hiss etmədiyimiz kimi insanlar da elə şeylər edir ki, onların gündəlik paylaşımları beynimizə elə daxil olur ki, bunu hiss etmirik. Bir də baxıb görürük ki, izlədiyimiz şəxsləri fenomen səviyyəsinə yüksəltmişik. Bu gün də həmin insanlardan nümunələr təqdim edəcəyik.
1. Elə isə başlayaq. Bu görüntüyə baxanda hər saniyə həyacanlandığınızı və az qala özünüzün yıxalacağınızı düşünməyiniz, artıq videonun təsirində olduğunuzu sübut edir. Geriyə sadəcə virtual adrenalindən zövq almaq qalır.
2. Sosial şəbəkələrin trendinə çevrilən bu oyunda məqsəd sönən şamın qarşısındakını götürmək olsaydı, onda elə də problem olmazdı. Vay o hala ki, sönən şamın qarşısındakı tamam başqa məhsul olsun və onu sizin üzünüzə yapışdırsınlar.
3. Bu qıyıqgözlü azyaşlılar, görəsən, nə isə öyrənmək üçün bu hərəkəti edirlər, yoxsa sadəcə əylənmək üçün. Onların əyləndiyi açıq-aşkar görünür. Öyrəndiyi isə bir az qarışıq məsələdir.
4. İlk baxışda “bu adamdan rəssam olmaz, çəkdiyi cızma-qaralar kimin marağına səbəb ola bilər ki”, deyə düşünürsən, ancaq əsas olan nəticə deyilmi? Elə isə bir də nəticəyə baxın. Başda düşündüklərimiz üçün peşman olacağıq.
5. Diş pastası ilə həyata keçirilən bu eksperiment o qədər əyləncəli görünür ki, insan videonu dönə-dönə izləmək istəyir. Ona görə ki, görüntülər beynimizi özünə tabe edib asılılıq yaradır.
6. İnsanlar doğum günlərini ailələri ilə qeyd edəndə bir cür, dostları ilə qeyd edəndə isə başqa cür davranırlar. Yəqin ki bu da ailədən biraz çəkindikləri, dostlarının yanında isə özlərini sərbəst hiss etmələri ilə əlaqədardır.
7. Görüntünün içərisində itmək yəqin buna deyirlər. Bu videoda fotolar elə yerləşdirilib ki, insan iki saniyədən bir fərqli məkanlarda özünü hiss edir. Bu isə hər kəsin arzuladığı, ancaq fotolarla reallaşan bir xəyaldır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz