/ / Erməni vəhşiliyinin Gəncə izləri Amerika radiosunda yayımlanacaq

Erməni vəhşiliyinin Gəncə izləri Amerika radiosunda yayımlanacaq

638 Baxış



Amerikanın məşhur radio aparıcısı, geniş auditoriyaya malik olan Con Batçelor Gəncəyə gəlib. Məqsəd Gəncədə dinc əhaliyə qarşı Ermənistan ordusunun törətdiyi terror aktının izləri ilə yerində tanış olmaqdır. Gəncə Şəhər İcra Hakimiyyətini başçısı Niyazi Bayramov Ermənistan ordusunun Gəncədə törədiyi hərbi cinayətlərlə bağlı məşhur aparıcıya ətraflı məlumat verib. Qeyd edib ki, Ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq cəbhə bölgəsindən kənarda yerləşən Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb və yüzlərlə yaşayış evi yararsız hala salınıb. Dağıdılan ərazilərə baxış keçirən Con Batçelor ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliyi hərbi cinayət kimi qiymətləndirib.

Con Batçelor: “Düşünürəm ki, Amerikada Azərbaycan reallıqları haqqında kifayət qədər məlumat yoxdur. Azərbaycan, həqiqətən, çox qədim tarixə malik, olduqca gözəl bir ölkədir. Ermənilərin Gəncədə törətdiklərinə gəldikdə isə bu, açıq-aydın hərbi cinayətdir. Mən bununla bağlı müxtəlif layihələrlə Amerika ictimaiyyətini məlumatlandıracağam”. Məşhur radioaparıcı Con Batçelor erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz