/ / Miri Ali və Xəyal Şahin ermənilərin Gəncə terroru ilə bağlı yeni klip təqdim etdilər

Miri Ali və Xəyal Şahin ermənilərin Gəncə terroru ilə bağlı yeni klip təqdim etdilər

483 Baxış



Tanınmış ifaçılar Miri Ali və Xəyal Şahin yeni mahnılarını və həmin ifaya çəkilən klipi təqdim ediblər. "11 oktyabr " adlanan ekran əsərinin süjet xətti erməni terroruna məruz qalmış Gəncə hadisələrinə həsr olunub.

Klipin çəkilişləri ermənilərin Gəncə şəhərinə atdığı raketlər nəticəsində ziyan görmüş ərazilərdə və şəhərin Şəhidlər Xiyabanında reallaşıb. Həmçinin evləri dağılan, yaxınlarını itirən azyaşlılara da ekran əsərində yer verilib. Müğənni Miri Alinin klip haqqında Gəncə Tv-yə özəl açıqlamaları oldu.

Kadrlarda Gəncədəki yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən dağıntılara məruz qalması öz əksini tapıb. Xəyal Şahinin sözlərinə görə, bu faciəni bütün dünya bilməlidir. Məhz bu səbəbdən ifaçılar klipin ərsəyə gəlməsi üçün iki ay ərzində əllərindən gələni ediblər. Ekran əsərində replə muğamın sintezi isə xüsusi marağa səbəb olub.

Sözləri Məhəmməd İsgəndərov, musiqisi isə Rəmzi Əlizadəyə aid olan "11 oktyabr" layihəsinin “Youtube” platformasında və digər sosial şəbəkələrdə yayımlanmasına start verilib. Qeyd edək ki, ifaya çəkilən klipin rejissoru İlqar Süleymanovdur.

Xatırladaq ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə raket atəşinə məruz qalıb. Nəticədə 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb və yüzlərlə yaşayış evi yararsız hala salınıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz