/ / Uşaqları koronavirusdan necə qoruyaq?

Uşaqları koronavirusdan necə qoruyaq?

79 Baxış


Uşaqları koronavirusdan necə qoruyaq?
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası gündən-günə əhatə dairəsini genişləndirməyə davam edir. Xəstəliyin sürətlə yayıldığı bu dönəmdə körpələri qorumaq ən aktual məsələlərdən birinə çevrilib. Xüsusilə də ürək-damar xəstəliyi olan azyaşlıların viruslardan mühafizəsi dövrün ən vacib problemlərindəndir.
Belə ki, COVID-19 virusu yoluxucu olduğu üçün ürək-damar sistemi xəstəlikləri olan körpələrin vəziyyətini daha da ağırlaşdırır. Xroniki problemləri olan azyaşlıların yoluxucu xəstəliklərə tutulması onların həyatını təhlükə qarşısında qoya bilər. Məsələ ilə bağlı Gəncə TV-yə müsahibə verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq kardiologiyası şöbəsinin müdiri invaziv uşaq kardioloqu Elnur İmanov bildirdi ki, ürək narahatlığı olan körpələrdə bu xəstəlik böyük problemlərə gətirib çıxara bilər.
Günümüzdə ən çox narahatlıq doğuran məqam isə infeksiyanın digər xəstəliklərin siptomlarını gizlətməsidir. Bəzən COVİD-19 virusuna yoluxma zamanı ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin xroniki xəstəlikləri ilə bağlı simptopları koronavirus infeksiyası altında gizlənir. Sonradan isə bu, ağır nəticələrə gətirib çıxara bilir. Həkimin sözlərinə görə, valideynlər bir çox hallarda bu xəstəliyin əlamətini gec anlayırlar. Uşaq kardioloqu Elnur İmanov valideynlərin bu səbəbdən məsuliyyətli olub verilən tapşırıqlara ciddi əməl etmələrini bildirdi.
Bu dönəmlərdə valideynlərin buraxdığı səhv onların uşaqdakı xəstəlikdən xəbərsiz olub simptomları anlamamaları və vəziyyəti adi hal kimi qəbul etmələridir. Bu isə son nəticədə daha ağır fəsadlara gətirib çıxarır və müalicəni daha da çətinləşdirir. Odur ki, həkim məsləhətinə qulaq asaraq verilən tapşırıqlara əməl edən valideynlər övladlarını Covid-19 virusundan qoruya bilərlər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz