/ / Pandemiyanın yaratdığı gərginlik

Pandemiyanın yaratdığı gərginlik

565 Baxış



COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb. Özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişib, həm də onların psixoloji cəhətdən qeyri-sabitliyini üzə çıxarıb.

Bu gün Koronavirus yenidən dünyada sürətlə yayılmağa davam edir. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Bütün bunlar isə bəzi insanlarda ciddi psixoloji gərginliyə səbəb olur. Mütəxəssislərin fikrincə, bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir. Bəs bu vəziyyətin insan psixikasına təsirlərini azaltmaq üçün nə etmək lazımdır? Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy bu mövzuda “Gəncə Tv” nin suallarını cavablandırdı.
Psixoloq Taciyə Mehdisoy onu da əlavə edib ki, hazırda psixoloji yardım üçün müraciət edən insanların sayı artmaqdadır və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunur. Məsələn, kəskin stres reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında "saxlayır", - deyə psixoloq bildirib.

Bəli, bu virus, həqiqətən mövcuddur. Lakin tarixə nəzər yetirsək, bəşər cəmiyyəti bundan da ağır və hazırkı dünyamızla müqayisə olunmayacaq dərəcədə təhlükəli pandemiyalarla üz-üzə qalıb. Buna baxmayaraq virusla mübarizədə müsbət nəticə əldə olunub. Psixoloq bildirib ki, məhz bu baxımdan cəmiyyətimizi son dərəcə nikbin olmağa, koronavirusla bağlı elan olunan statistikalarda ölüm və yoluxma sayına deyil, sağalanların statistikasına nəzər yetirməklə psixoloji durumlarını yaxşılaşdırmağa, vitaminli qidalar qəbul etməyə, normal istirahətə vaxt ayırmağa, eləcə də dövlət tərəfindən müəyyən edilən karantin qaydalarına riayət etməyə çağırırıq.

Biz bu bəlanı tez bir zamanda geridə qoyub normal həyatımıza geri dönəcəyik. Hətta inkişafımız pandemiyadan öncəki vəziyyətdən də üst səviyyədə olacaq. İnanın ki, vaxt gələcək siz bu çətin dönəmi həm öz həmyaşıdlarınız arasında, həm də yaşca kiçik nəsillərə ötəri bir xatirə kimi danışacaqsınız.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz