/ / Gəncə yaşayış kompleksində yerləşən mənzillər satışa çıxarılacaq

Gəncə yaşayış kompleksində yerləşən mənzillər satışa çıxarılacaq

1 148 Baxış



Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa etdiyi ilk yaşayış kompleksi olan Gəncə yaşayış kompleksində yerləşən mənzillər satışa çıxarılacaq.

12 doqquz və 6 oniki mərtəbəli olmaqla 18 yaşayış binasında ümumlikdə 986 mənzildən 188-i dekabr ayının 23-dən 30-a qədər güzəştli şərtlərlə satışı həyata keçiriləcək. Hazırda kompleksdə 245 mənzil dövlət sifarişi əsasında rəsmiləşdirilərək sosial kateqoriyadan olan ailələrə təqdim olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək əlil olmuş Nadir Kərimov uzun illər kirayədə yaşasada ötən ilin dekabr ayında Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunub. Artıq 1 ilə yaxındır ki, öz ailə üzvüləri ilə burada yaşayan qazimiz mənzil-məişət şəraitindən məmmun olduğunun bildirib.

Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından yararlanan ailələrdən biridə şəhid Rahib Novruzovun ailəsidir. 2014-cü ildən mənzil növbəsinə duran ailə 2020-ci ildə bu yaşayış kompleksindən 2 otaqlı mənzillə təmin olunub. Şəhidin həyat yoldaşı Nurəngiz Novruzova deyir ki, yeni mənzil onların ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına öz müsbət təsirinin göstərib.

Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksindən ayrılan 92 mənzil 44 günlük Vətən Müharibəsində Gəncə şəhərində evləri dağıdılmış vətəndaşlara dövlət tərəfindən təqdim edilib.

Kompleksdə bu ayın 23-dən başlayaraq 2,3 və 4 otaqlı mənzillərin güzəştli şərtlərlə satışına başlanılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində 125 yerlik uşaq bağçası və 1176 şagird yerlik orta təhsil ocağıda inşa olunaraq buranın sakinlərinin ixtiyarına verilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz