/ / Gəncədə qışa hazırlıq işləri başa çatdırılıb

Gəncədə qışa hazırlıq işləri başa çatdırılıb

584 Baxış



Havaların soyuması və qışın gəlişi ilə bağlı Gəncə şəhərində hazırlıq işləri tam başaçatdırılıb. Qarlı və şaxtalı havalarda şəhərdaxili yollarda avtomobillərin eləcədə piyadaların təhlükəsiz və rahat şəkildə hərəkətinin təmin olunmamsı üçün yolların qardan və buzdan operativ şəkildə təmizlənməsi məqsədi ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin tabeliyində olan bütün texnika və avadanlıqlar tam saz vəziyyətə gətirilib. Qeyd olunan problemlərin vaxtında və fasiləsiz olaraq aradan qaldırılması üçün istehsalat birliyi bir sıra tədbirlər həyata keçirib. Buz tutan yollarda hərəkətin intensivliyini təşkili üçün Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin anbarlarına zəruri miqdarda qum və duz ehtiyyatıda tədarük olunub.
Qarşıya qoyulan tapşırıqların ləngiməməsi üçün birliyin balansında istismar olunan texnikalarda mütəmadi olaraq yenilənir. Şəhər icra hakimiyyətinin göstərişinə uyğun olaraq son bir ildə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi müxtəlif təyinatlı yeni texnikalarla təmin olunub. Buda öz növbəsində nəzərdə tutlan işlərin vaxtında başa çatdırılmasını mümkün edir. Hazırlıq işləri ilə əlaqədar olaraq birliyin tərkibində fəaliyyət göstərən, 14 Mənzil İstismar İdarəsinin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz