/ / Millət vəkili şəhid ailələrinə baş çəkib

Millət vəkili şəhid ailələrinə baş çəkib

507 Baxış



Milli Məclisin deputatı Müşfiq Cəfərov şəhid ailələrinə baş çəkib. Azərbaycanın haqq savaşında canından keçən şəhidlərin ailələrini daim diqqətdə saxlayan millət vəkili, bu dəfədə onların qayğıları ilə maraqlanıb. Şəhid ailələrini ziyarət edən Müşfiq Cəfərov torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanları eləcədə bu savaşda öz sağlamlığını itirən qazilərimizi Azərbaycan xalqı daim hörmət və ehtiramla yad edəcəyini qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgər və zabitlərimizin əldə etdiyi bu tarixi zəfərin memarlarının heç vaxt unudulmayacağını qeyd edən millət vəkili, hər bir şəhidin hər bir qazinin gələcək nəsillərə nümunə olacağını bildirib. Milli Məclisin deputatı Müşfiq Cəfərov, şəhid ailələrinə eləcədə Vətən müharibəsi qazilərinə lazım köməkliyin göstərilməsi üçün hər zaman hazır olduqlarını ifadə edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz