/ / Gəncədə Zəfər Günü qeyd olundu

Gəncədə Zəfər Günü qeyd olundu

432 Baxış



Respublikanın hər yerində olduğu kimi Gəncədə də 8 Noyabr – Zəfər Günü böyük təntənə ilə qeyd olundu. Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Naqif Həmzəyev,Pərvin Kərimzadə,Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.
8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edildi.
Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etdi.
Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutdu..
“Memorial Abidə Kompleksi” ilə tanışlıqdan sonra şəhid ailələrinin üzvlərinə söz verildi. Onlar, dövlət tərəfindən şəhid və qazi ailələrinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Kompleksinə gəldilər. Burada 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası baş tutdu. Ağacəkmə aksiyası zamanı rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkildi.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz