/ / Vətən müharibəsinin Gəncədən olan qazilərinə sosial psixoloji yardım göstərilir

Vətən müharibəsinin Gəncədən olan qazilərinə sosial psixoloji yardım göstərilir

456 Baxış



Böyük Qayıdış Gənclər Təşkilatı Vətən müharibəsi və ümumilikdə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazilərə sosial psixaloji yardım göstərmək məqsədi ilə yeni layihə həyata keçirir. Böyük Qayğı adlanan layihənin əsas məqsədi Vətən müharibəsi və ümumilikdə torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirən qazilərə sosial psixaloji dəstək verərək onların cəmiyyətə inteqrasiyasını həyata keçirmək, bu qəhrəmanları gənc nəsilə tanıtmaq və gənclərin də Vətən müharibəsində döyüşən qazilərə olan qayğısını göstərməkdir. Layihəyə ilkin olaraq Bakı şəhərindən başlanılıb. Daha sonra Sumqayıt və Biləsuvardan olan qazilərlə görüşülüb. Hazırda layihənin icrası Gəncədə davam etdirilir. Təşkilat üzvləri ilkin olaraq Gəncədən olan 110 qazini sosial psixaloji reablitasiaya cəlb etməyi nəzərdə tuturlar. Layihə çərçivəsində artıq 40 qazi reablitasiyaya cəlb olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz